Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:16

«İlham Əliyev israrla tarixin səhv cinahında yer almaqdadır»


AXCP sədri Əli Kərimli

AXCP sədri Əli Kərimli

AXCP sədri Əli Kərimli öz facebook səhifəsində hüquq müdafiəçisi Leyla Yunusun həbsinə münasinət bildirərkən belə yazıb.

«İlham Əliyev israrla tarixin səhv cinahında yer almaqdadır.Repressiyalarla müasir dünyada yeri olmayan, vaxtı keçmiş, nimdaş rejimini davam etdirəcəyinə hələ də ümüd edir. Deməli, «gözü çıxmış qardaşlarından» heç nə öyrənməyib. Təəssüf. Xalqımız haqq etdiyi demokratiyanın, azadlığın təntənəsinə qovuşacaq! Tarixin təkərlərini geriyə döndərmək istəyənlər bu təkərlərin altında qalacaqlar! Mütləq!».

Əli Kərimli: «Leyla Yunusun aylarla «ermənilərə işləyir» ittihamı ilə mənəvi terrora məruz qoyulduğunu və sonda ona saxta sənəd hazırlamaq, vergidən yayınma kimi maddələrlə də ittiham elan olunması qurama bir işdir».

«Əlbəttə, «erməni işi» kimi, bu yeni ittihamlar da quramadır, Leyla xanımı tutmaq üçün sadəcə, bəhanədir. Əsas odur ki, rejim onu həbs etmək istəyirdi. Hansı ittihamların irəli sürülməsi isə texniki məsələdir və həbsin siyasi sifariş olmasını pərdələmək iqtidarında deyil. Hökumət nümayiş etdirir ki, həqiqəti deyən, siyasi məhbusları müdafiə edən insanları susdurmaq naminə istənilən qeyri-populyar addımı atmağa hazırdır. Hətta belə addımlar onu xalqından və dünya birliyindən daha da qoparsa da»

AXCP sədri hesab edir ki, tarixi təzədən yazmaq olmaz, hər kəs öz yerini tutub.

«Siz tarixdə prezident İlham ƏliyevHeydər Əliyevin oğlu kimi deyil, qadın hüquq müdafiəçisi Leyla Yunusu əyə bilməyən, ona qalib gələ bilməyən və onu amansızlıqla məhv edən prezident kimi qalacaqsınız».

İyulun 30-da səhər saatlarında Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus evdən çıxarkən həyətdə mülkigeyimli şəxslər tərəfindən maşına mindirilərək Baş Prokurorluğun Ağır cinayətlər üzrə istintaq idarəsinə aparılıb. Daha sonra yoldaşı Arif Yunus da istintaqa aparılıb. Onların hər ikisinə dövlətə xəyanət, dələduzluq, vergidənyayınma və qanunsuz sahibkarlıq ittihamları irəli sürülüb.

Nəsimi rayon Məhkəməsinin qərarı ilə Leyla Yunus barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Arif Yunus barəsində isə ev dustaqlığı qərarı çıxarılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG