Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:28

Qəza yerində hələ 80 cəsədin qaldığı ehtimal edilir


Avstraliyanın xarici işlər naziri Julie Bishop

Avstraliyanın xarici işlər naziri Julie Bishop

-

Avstraliyanın xarici işlər naziri Julie Bishop Malaziya sərnişin təyyarəsinin qəzaya uğradığı ərazidə hələ 80-ə yaxın cəsədin qala biləcəyini bəyan edib.

Bishop ərazidə araşdırma aparan Avstraliya və Niderland polislərinə Ukrayna hökümətinin mümkün yardımlar etdiyini deyib. Nazir qəzanın araşdırlması və cəsədlərin axtarılması işinə Rusiyanın tez-tez mane olmasından narahatlıq ifadə edib.

Qəzanın baş verdiyi ərazidə Ukrayna ordusu ilə Rusiyameylli separatçılar arasında döyüşlər getdiyindən 4-cü gündür ki, beynəlxalq ekspertlər əraziyə girə bilmir.

Malayziyaya məxsus «Boing 777» sərnişin təyyarəsi iyulun 17-də Ukraynanın şərqində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 298 nəfərin hamısı həlak olub. Onlardan 193 nəfəri Niderland vətəndaşı olub.

XS
SM
MD
LG