Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:28

Rəyi soruşulanların 48 faizi Erdoganın ölkəyə təsirini müsbət, digər 48 faizi mənfi hesab edir


ABŞ –ın Pew sorğu mərkəzi Türkiyədə prezident seçkisi qabağı Erdoganın liderliyi ilə bağlı sorğu keçirib.

44 faiz deyib ki, Erdogan və onun AK partiyası ölkəni düzgün istiqamətdə aparır, 51 faiz isə ölkənin getdiyi yoldan narazıdır.

50 faiz deyib ki, iqtisadiyyat yaxşı inkişaf edir, 46 faiz isə hesab edir ki, iqtisadi inkişaf yaxşı deyil.

48 faiz deyib ki, Erdoganın ölkəyə təsiri müsbətdir, digər 48 faiz isə deyib ki, bu təsir mənfidir.

Sorğuda ABŞ-a və Avropa Birliyinə münasibət də öyrənilib. 73 faiz ABŞ-a mənfi baxır, 66 faiz isə Avropa Birliyi haqda mənfi fikirdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG