Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:24

VTB-nin Azərbaycan nümayəndəliyi sanksiyanın onlara təsir etməyəcəyini deyir


VTB
VTB

-

ABŞ Ukrayna hadisələri ilə əlaqədar Rusiyanın «Moskva Bankı», VTB və Rusiya Kənd Təsərrüfatı Bankına qarşı maliyyə sanksiyası tətbiq edib.

Azərbaycanda filialı olan Bank VTB-dən apa-ya deyiblər ki, onlar sanksiyalara baxmayaraq, adi qaydada çalışacaqlar:

«Tətbiq edilən bu sanksiyalar heç bir halda bizim müştərilərimizə təsir göstərmir. Əvvəllər olduğu kimi, bankımız bütün valyutalar üzrə təqdim etdiyi xidmət və öhdəliklərini tam həcmdə yerinə yetirməkdə davam edir. «Visa» və «Mastercard» artıq bəyan edib ki, həm ölkə ərazisində, həm də xaricdə bankımızın kartlarından istifadədə heç bir məhdudiyyət olmayacaq».

«NARAHATLIĞA ƏSAS YOXDUR»

«Bank VTB (Azərbaycan)»ın mətbuat xidmətinin rəhbəri Polad Həmidov deyib ki, narahatlığa əsas görmürlər:

«ABŞ-ın bu qərarının üstündən bir gün keçməyib. AB isə sanksiyalarla bağlı isə hələlik qərar verməyib. Ona görə də hələlik bununla bağlı detallı məlumat yoxdur. Bilirik ki, müştərilərimiz də narahatdır. Narahatlığın qarşısını almaq üçün bu məlumat kifayətdir. Bizim mövqeyimiz hələlik bundan ibarətdir. Hesab edirik ki, indiki məqamda həm mövqe, həm də münasibət baxımından istər VTB qrupu, istərsə də «Bank VTB (Azərbaycan)» tərəfindən kifayət qədər məlumat verilib».

RUSİYANIN VTB-Sİ İSƏ ANCAQ TƏƏSSÜFLƏNİR

Rusiyanın VTB bankı da məsələyə münasibət bildirib. ABŞ-ın maliyyə sanksiyalarına cavab olaraq bankın saytında yerləşdirilən bəyanatda qeyd edilir ki, VTB Amerika hakimiyyətinin bankın kapital cəlbinin məhdudlaşdırılması ilə bağlı qərarını təəssüflə qarşılayır:

«Fikrimizcə, VTB bütün qanunvericilik normalarına, o cümlədən ABŞ-ın tənzimləyici orqanlarının tələblərinə ciddi şəkildə əməl edir və onlar bundan xəbərdardırlar. Bununla belə, xüsusi siyasi bəhanə olan bu qərarı ədalətsiz, hüquqi əsaslara zidd və ikitərəfli iqtisadi ziyana səbəb olacaq qərar kimi qiymətləndiririk».

XS
SM
MD
LG