Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:46

Rusiya Polşadan meyvə ixracına məhdudiyyət qoyur


Rusiya Polşadan meyvə və tərəvəz idxalına məhdudiyyət qoyur. Yeni qaydalar avqustun 1-dən qüvvəyə minir.

Rusiyanın veterinar və sanitar xidməti bildirir ki, Polşadan gələn bu məhsullarla bağlı çoxlu pozuntular var.

Polşanın aqrar nazirliyi bildirir ki, Rusiyanın bu hərəkəti Avropa Birliyi sanksiyalarına cavabdır.

Rusiyanın veterinar və sanitar xidməti iyulun 28-də bildirib ki, Avropa Birliyindən meyvə ixracına məhdudiyyət qoymağı düşünür.

Rusiya iyulun 29-da Ukraynadan gündəlik məhsulların, meyvə, tərəvəz və balıq konservlərinin idxalına qadağa qoydu.

Günün bütün mövzuları

XS
SM
MD
LG