Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:21

-

İyulun 30-da vəkil Nemət Kərimlinin həbsdə olan müsavatçı fəal, bloqqer Fərəc Kərimli ilə görüşünə icazə verilməyib. Bu haqda AzadlıqRadiosuna məlumat verən Nemət Kərimlinin sözlərinə görə, Bakı İstintaq Təcridxanasında ondan görüş üçün icazə vərəqi istəyiblər. Vəkil bildirir ki, Fərəc Kərimli ilə görüşə icazə verilməsə də həbsdə olan digər qardaş Sirac Kərimli ilə görüşmək mümkün olub. Vəkilin sözlərinə görə, Sirac Kərimli Narkotiklərə Qarşı Mübarizə İdarəsində işgəncəyə məruz qaldığını bildirib:

«Fərəclə görüşə bilmədim. Dedilər ki, görüş üçün müstəntiq məktub yazmalıdır. İndi gedirəm müstəntiqin yanına. Əslində, bu məktuba ehtiyac yoxdur. Orderi təqdim edəndən sonra görüşə icazə verilməlidir. Siracla görüşdüm. Onun dediyinə görə, cibinə narkotiki idarəyə apararkən, yolda Orxan adlı əməkdaş qoyub. İdarəyə çatan kimi onu döyməyə işgəncə verməyə başlayıblar ki, narkotikin ondan çıxdığını izahatında qeyd etsin. O da yazıb ki, cibimdən çıxan narkotikdən xəbərim yoxdur».

Nemət Kərimli deyir ki, işgəncə faktının araşdırılması üçün Baş Prokurorluğa müraciət edəcəklər.

Fərəc Kərimli iyulun 23-də saxlanıb, 25-də məhkəmə onun haqqında 3 aylıq həbs qərarı çıxarıb. Daxili İşlər Nazirliyi saxlanarkən onun üzərindən narkotik maddə tapıldığı haqda məlumat yaymışdı. Bundan bir neçə gün əvvəl onun qardaşı Sirac Kərimli həbs olunmuşdu.

Müsavat Partiyası bəyanat yayaraq, Fərəc Kərimlinin siyasi və bloqqer fəaliyyətinə görə həbs olunduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG