Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:01

Salinger-in son 50 ildə ilk yeni kitabı


Salinger haqda son sənədli filmin posteri

Salinger haqda son sənədli filmin posteri

-

Məşhur Amerika yazıçısı, “Çovdarlıqda uçurumdan qoruyan” romanının müəllifi Jerome Salinger-in 1940-cı illərdə az tanınan jurnallarda çıxmış hekayələri ilk dəfə kitab kimi nəşr edildi.

Kitaba yazıçının yaradıcılığının erkən dövrlərində çap edilmiş üç hekayəsi daxildir: «Yeniyetmələr» (The Young Folks), «Eddini gör» (Go See Eddie) və «Həftədə bir dəfənin ziyanı yoxdur» (Once a Week Won 't Kill You).

Kitab “Amazon” on-line dükanında satışa çıxarılıb.

“Devault-Graves” nəşriyyatı bildirib ki, buraxdıqları bu kitab Salinger-in son 50 ildə ilk leqal kitabıdır.

J.D.Salinger 1965-ci ildə əsərlərinin çapını dayandırmışdı.

O, guşənişin həyat tərzini seçmişdi.

Həmçinin hekayələrinin çapını qadağan etmişdi.

Nəşriyyatın bildirdiyinə görə, onun hüquqşanasları məsələni ciddi araşdırıblar.

Çünki ailəsi yazıçı ilə bağlı bütün nəşrləri diqqətlə izləyir və heç kəs onun icazəsi olmadan Salinger-in kitabını buraxa bilməz.

Sözügedən hekayələrin kitab şəklində çapı yalnız ona görə mümkün olub ki, nə yazıçı, nə də o, 2010-cu ildə dünyasını dəyişəndən sonra ailəsi onların müəlliflik haqqını öz adına qeydiyyata aldırmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG