Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:58

Ukrayna meri Oleg Babayevin qətli ilə bağlı Poroshenko-ya müraciət edildi


Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi azərbaycanlı iş adamı, Kremençuk şəhərinin meri Oleg Babayevin qətlinin araşdırılması ilə bağlı Ukrayna prezidenti, baş prokuror və daxili işlər nazirinə müraciət edib.

Bu barədə AzadlıqRadiosuna Konqresin sədri Rövşən Tağıyev məlumat verib.

«Ukrayna prezidenti bu işi öz nəzarətinə götürüb. Mediada onun qətli ilə bağlı müxtəlif ehtimallar yayılıb, amma hələ ki rəsmi orqanlar bu hadisənin detalları barədə bir şey yaymayıblar. Ünvanladığımız müraciətdə bu qətlin üstünün tezliklə açılacağına ümidli olduğumuzu bildirmişik».

Ukrayna Kremençuq şəhərinin meri, «Vorskla» futbol klubunun prezidenti Oleg Babayev iyulun 26-da səhər saatlarında evinin önündə avtomat atəşinə tutulub. O, aldığı yaralardan elə yerindəcə keçinib.

Ukrayna DİN-i əsasən, 4 ehtimal üzərində iş aparır.

XS
SM
MD
LG