Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:10

-

Milli kino günü ərəfəsində dünyanın ən nüfuzlu beynəlxalq kinofestivallarından olan Venesiya BKF-dən «Azərbaycanfilm»ə şad xəbər gəlib.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, dövlət sifarişi ilə çəkilişləri yenicə başa çatan «Nabat» bədii filmi bu festivalın «Horizontlar» müsabiqə proqramına daxil edilib.

Xəbərdə deyilir ki, rejissor Elçin Musaoğlunun çəkdiyi «Nabat» Qarabağ müharibəsindən bəhs edir və bu mövzuda olan filmin beynəlxalq arenaya çıxması heç şübhəsiz ki, çox böyük önəm daşıyır.

«Horizontlar» proqramına dünya kinosunda yeni meylləri ifadə edən filmlər seçilir.

Təcrübə göstərir ki, böyük festivalların proqramlarına qəbul edilən filmlər üçün dünya kinofestivallarının qapıları açılır.

Xəbərdə vurğulanır ki, bundan əvvəl dünyanın ən mötəbər kinoforumlarından olan Kann və Karlovı Varı festivallarının müsabiqələrində iştirak Azərbaycan kinosunda baş verən pozitiv dəyişikliklərdən xəbər verir.

Mədəniyyət və Turizm Nazirliyinin fikrincə, hazırda «Azərbaycanfilm»də çəkilən filmlər yeni tendensiyaların güclənəcəyinə inamı artırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG