Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:47

Putinin özünün hesabları dondurula bilər. Ancaq ola bilər, Ukraynanı xilas etmək artıq gec olsun. Dünyada hələ heç vaxt belə xaos olmamışdı. Qərbi Afrikada ölümcül Ebola xəstəliyi.

Dünya mediası bu gün nədən yazır?

OLA BİLƏR, GEC OLSUN

Putinin ödədiyi haqq artır. Bunu Wall Street Journal qəzeti yazır. Qəzetin fikrincə, Avropa Birliyi və ABŞ Rusiyaya qarşı ciddi sanksiyalar qoyur.

Ancaq qəzet hesab edir ki, ola bilsin, Ukraynanı xilas etmək artıq gecdir.

Yeni sanksiyalar isə çox sərtdir. ABŞ Rusiyanın daha 3 böyük bankının Amerikanın kapital bazarına çıxışını bağladı və Rusiyanın neft şirkətlərinə yenio texnologiya satışına qadağa qoydu.

Qəzet yazır ki, Putinin özünün hesabları dondurula bilər və ona viza qadağanı qoyula bilər.

QLOBAL XAOS

Los Angeles Times qəzeti yazır ki, qlobal xaos bəlkə dünyanın yeni normal qaydasıdır?

Qəzet hesab edir ki, dünyada hələ heç vaxt indiki xaos kimi xaos olmamışdı. Bu xaos indiki dövrlə bağlıdır yoxsa elə belə də gedəcək?

Qəzet hesab edir ki, ola bilsin, bu, yeni normadır.

Yaxın Şərq alovlanır, təkcə Qəzza ya Suriya yox. İraq və Liviya da. Rusiya Ukraynaya kütləvi yaraqlı göndərir. Mərkəzi Afrika və Əfqanıstan, Paksitan, hamısında qarışıqlıqdır.

Meksikanın müxtəlif hissələri və Mərkəzi Amerika kriminal dəstələr və narkotik kartellərinin əlindədir.

Keçmiş milli təhlükəsizlik müşaviri Brzezinsky deyir ki, belə vəziyyət - tarixi baxımdan görünməmiş durumdur. O deyir: “Dünya ərazisinin böyük hissələri xalq narazılığı, qəzəb və dövlət nəzarətinin itirilməsi şəraitində yaşayır”.

Dünya daha sabitsiz olur. Brzezinsky hesab edir ki. belə vəziyyət tarixdə böyük inqilablar, müharibələr qabağı olub. Bu, təxminən Birinci Dünya müharibəsi qabağı vəziyyətə oxşayır.

İndiki dünyada kommunikasiyalar çox geniş və sürətli olduğuna görə indi münaqişə də çox sürətlə yayılır.

Bundan başqa böyük dövlətlərin bütün dünyanı tabe etdirmək dövrləri arxada qaldı. 19-cu əsrdə 38 dəqiqəyə bitən müharibə olurdu. 5 Britaniya gəmisi artilleriya atəşi ilə düz 38 dəqiqəyə Zanzibar sultanını təslim olmağa vadar etdi.

Artyıq belə güc fərqi yoxdur.

LİVİYA DAHA TƏHLIÜKƏLİ OLUB, ...QƏRBİN SAYƏSİNDƏ

Guardian qəzeti yazır ki, “Gaddafi getdi, ancaq Liviya daha təhlükəli oldu, Qərbin sayəsində.”...

Qəzetin fikrincə, Liviyaya siyasi institutlar lazımdır, təhlükəsizlik aparatı lazımdır. Ancaq qəzetin dırnaqarası “Liviya xilsakarı” adlandırdığı qüvvələrin heç biri bunların yaradılmasında maraqlı deyil.

Qəzet yazır ki, Qaddafi vəhşicəsinə öldürüləndən sonra paytaxt Tripoliyə şəxsən gələn “xilaskar”lardan biri Fransa prezidenti Sarkozy idi. İndi Sarkozynin özü istintaq altındadır. O, həmin o Gaddafidən 2007-ci ilin seçki kampaniyasına 100 milyon dollara yaxın pul almaqda şübhəli bilinir.

EBOLA EPİDEMİYASI

New York Times qəzeti yazır ki, Sərhədsiz Həkimlər Təşkilatının məlumatına görə, Ebola xəstəliyi Qərbi Afrikada nəzarətdən çıxıb. Bu xəstəliyə yoluxanların 90 faizi ölür. İndiyə kimi xəstəlikdən Qərbi Afrikada 670 adam ölüb. Xəstəlik 4 ölkədə 60 ərazidə yayılıb.

Xəstəliyə hətta həkimlər tutulur. Yardım edən iki amerikalı və Liberiyada bir həkim xəstələnib.

Liberiya prezidenti ölkədə Ebola fövqəladə vəziyyəti elan edib.

Xəstəlik ilk dəfə Qvineyada başlanıb, Hazırda xəstəliyin mərkəzi isə Syerra Leonedədir.

XS
SM
MD
LG