Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:54

-

ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə Ramazan bayramı münasibəti ilə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, ABŞ prezidentinin məktubunda deyilir:

«Hörmətli cənab prezident, Amerika xalqı adından sizi və xalqınızı mübarək Ramazan bayramı münasibətilə təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm. Dünyanın hər yerində yaşayan müsəlmanlar ötən ay ərzində Ramazan ayının gözəl ənənələrini paylaşıb, inanclarından qaynaqlanan daxili rahatlıq naminə ehtiyacı olanlara yardım əli uzadıblar. Ümidvaram ki, müqəddəs Ramazan ayı ölkənizin müsəlmanları üçün mənəvi saflaşma, mərhəmət və şəfqət hisslərinin bölüşdürülməsi dövrü olub.

Qoy qarşıdan gələn il sizə və xalqınıza sülh, cansağlığı və firavanlıq gətirsin. Ramazan bayramınız mübarək!».

Günün bütün mövzuları

XS
SM
MD
LG