Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:51

Kitab oxuyanlar - ən sevməli adamlardır: Alimlər deyir


-

Heç kitabı axıracan oxuduğunuz olubmu? Yəni əvvəldən ta sonuncu səhifəsinə qədər.

Əlbəttə ki olub.

Bəs kitabı bağlayanda düşüncənizdə nəyinsə dəyişdiyini hiss etmisinizmi? Dərindən nəfəs alıb yazarın nə demək istədiyini anlamağın həzzini yaşamısınızmı?

Annie Murphy Paul TİME jurnalındakı məqaləsində bunu "dərindən mütaliə" adlandırır. Onun fikrincə, bu cür mütaliə insan fəaliyyətinin "kökü kəsilməkdə olan növlərindəndir". Belə oxucuların sayı kağız məktub yazanlar, voice mail göndərənlər kimi kəskin azalmaqdadır.

Çünki insanlar getdikcə daha çox İnternet aludəçisi olurlar, şəkil, video paylaşımları populyarlaşdıqca, on-line bulvar nəşrləri çoxaldıqca, onlar səthi, dayaz işlərə daha çox vaxt ayırırlar.

Halbuki mütaliə edənlərin orta statistik insanlardan daha ağıllı olduğunu elmi tədqiqatlar da göstərir. Bir də Yer üzündə ən sevməli adamlar olduqlarını.

Söhbət 20062009-cu illərdə aparılmış iki tədqiqatdan gedir.

Kanadadakı York Universitetinin alimi, psixoloq Raymond Mar və Toronto Universitetində çalışan Keith Oatley öz araşdırmalarında bu qənaətə gəliblər ki, roman oxuyan insanlar başqalarının dərdini daha yaxşı anlayır, onların dərdinə şərik olur, başqalarının düşüncə tərzi, maraqları və inanclarına hörmətlə yanaşır, onları daha yaxşı anlayırlar.

Bir sözlə, kitab oxuyanlar daha yaxşı insanlardırlar. Kitab oxuyaraq onlar başqalarının həyatına yazıçının abstrakt təhkiyəsi prizmasından baxırlar. Bu onlara imkan verir ki, minlərlə başqa insanın, yəni obrazların daxili aləminə baş vursun, həmin obrazların kimliyinə bürünüb yaşasın, onların səhvlərindən öyrənsin, müdrikliyindən bəhrələnsin. Kişidirsə, qadın olmağın nə demək olduğunu anlasın, qadındırsa, kişinin düşüncə tərzindən, psixologiyasından xəbərdar olsun. Bir sözlə, mütaliə həvəskarları psixoloji baxımdan öz yaşlarından daha böyük olur, gerçək həyatda illərlə, görüb-götürdükcə toplaya biləcəkləri bilgini, təcrübəni kitablardan əxz edirlər.

Mar-ın 2010-cu ildə apardığı başqa bir tədqiqatın nəticələrinə görəsə, uaqlara nə qədər çox nağıl. hekayə oxunursa, onlar bir o qədər az eqoist olur, başqalarını daha yaxşı anlayır, onların fikirlərinə hörmətlə yanaşırlar.

Çünki mütaliə xarakter formalaşdırır. Sən roman oxuyursansa, baş qəhrəmanın düşdüyü çətin vəziyyətlərdən necə çıxacağı haqda sən də düşünürsən, onun qələbəsi həm də sənin qələbən olur. Onun hiss etdiyi ağrını sən də yaşayır, onun kədəri həm də sənin kədərin olur. Beləcə, illərlə kitab oxuyursan və minlərlə insana qarşı mərhəmət hissi duymuş, onların qələbəsindən, məğlubiyyətindən, hətta ölümündən nəticə çıxarırsan, nələrisə öyrənmiş olursan.

Əgər özünüzü yalqız hiss edirsinizsə, öz YARInızı axtarırsınızsa, sizi TAMAMLAYACAQ birisinin arzusundasınızsa, "nəsli kəsilməkdə olan" belə mütaliə həvəskarlarını axtarıb tapın. Siz onları metroda, park skamyalarında, kitabxanalarda tapa bilərsiniz. Əllərində portfel, çiyinlərində, yaxud bellərində çanta. Bir-iki kəlmə kəsən kimi onları tanıyacaqsınız. Emosional, hər şeylə maraqlanan...

Onlar sizə şeirli məktublar, mesajlar yazacaqlar. Çox danışacaqlar, amma sizi bezdirməyəcəklər. Onlar suallara adi qaydada cavab vermirlər, sual barədə dərindən düşünüb ətraflı analiz edirlər. Onlar sizi də özlərinin bilik və ideyaları ilə zənginləşdirəcəklər. California Universitetindən Anne E. Cunningham “Mütaliə şüura necə təsir edir" adlı tədqiqatında bildirir ki, mütaliə uşaqların söz ehtiyatını genişləndirir. Özü də bunu heç bir müəllim öyrədə bilməz. Onun fikrincə, mütaliə insanın söz ehtiyatını genişləndirməklə yanaşı yaddaşını da möhkəmləndirir. Bu isə onun qavrama, analiz etmə imkanlarını artırır.

Siz elə bir adama aşiq olmalısınız ki, sizin ürəyinizi oxuya bilsin. Bu elə bir adam olmalıdır ki, sizi, sadəcə, yaxından tanımasın. tam və dəqiqliklə anlasın.

Psixoloq David Comer Kidd bildirir ki, böyük yazıçılar öz oxucularını yazıçıya çevirirlər. Yazıçılar kimi siz də ətrafınızdakı insanları, onların hərəkətlərini, xarakterini öyrənməyə, anlamağa çalışırsınız.

Mütaliə edən birisinə rast gəlmək sanki professor, romantik və səyyaha bir şəxsin timsalında rast gəlməkdir. Əgər beləsi ilə görüşsəniz onda siz də onun təsirilə mütaliə etməyə başyacaqsınız...

elitedaily.com-un materialları əsasında

Hazırladı Rövşən

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG