Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:12

Avropa Birliyi yeni sanksiyaları razılaşdırıb


Belgium -- People gather outside an European Union emergency foreign ministers meeting to protest against Russian troops in Ukraine, in Brussels, March 3, 2014

Belgium -- People gather outside an European Union emergency foreign ministers meeting to protest against Russian troops in Ukraine, in Brussels, March 3, 2014

Avropa Birliyi ölkələrinin diplomatları Rusiyaya qarşı yeni sanksiyaları razılaşdırıblar. İyulun 29-da qəbul olunan sanksiyalar Rusiya banklarının maliyyə bazarlarına çıxışını, silah, ikili təyinatlı məhsullar və enerji texnologiyları idxalını məhdudlaşdırır.

Diplomatlar Azadlıq Radiosuna deyiblər ki, yeni sanksiyalar iyulun 31-də qüvvəyə minəcək.

Avropa Birliyi ölkələrinin səfirləri Brüsseldə günorta toplantısında Rusiyaya qarşı sanksiyalar siyahısına daha 8 fərdi, o cümlədən Putinin yaxın biznes tərəfdaşı olan 4 şəxsi və 4 biznes qurumunu əlavə edib.

Onların adları iyulun 30-da açıqlanacaq.

İndiyə kimi Avropa Birliyinin sanksiya siyahısında 87 fərdin və 20 biznes qurumunun adı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG