Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:18

İyulun 29-da Hirkan Milli Parkında yanğın başlayıb. Bu bardə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, hazırda yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər görülür.

2004-cü ildə yaradılan Hirkan Milli Parkı Lənkəran və Astara rayonlarının ərazisində 40 min hektardan çox sahəni əhatə edir.

Azərbaycanın «Qırmız kitabı»na salınmış qara leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu, toğlugötürən və s. quşlar var. Parkın heyvanat aləmi zəngindir. Burada məməlilərdən bəbir, xallı maral, vaşaq, porsuq, qaban, cüyür, yenot və s. novlərə rast gəlmək olar. Milli Parkda 450 növ ağac, 174 növ kol var.

Günün bütün mövzuları

XS
SM
MD
LG