Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:12

"Booker"ə namizəd romanını oxucuların puluyla yazıbmış...


Paul Kingsnorth

Paul Kingsnorth

-

İngilisdilli ölkələrin ən nüfuzlu ədəbi mükafatı olan “Man Booker”in uzun siyahısına bu il debüt roman da düşüb.

İndiyəcən şair kimi tanınan britaniyalı Paul Kingsnorth tarixi mövzuda yazdığı “The Wake” adlı ilk romanının bu uğuruna görə həm də oxucularına minnətdar olmalıdır.

Romanın yazılması üçün pulu məhz oxucular toplayıblar: təxminən 24 min dollar. 5 dollardan 300 dollaracan iyanələr formasında.

Romandakı hadisələr 11-ci əsrdə baş verir və müasir və qədim ingiliscələrin sintezi olan bir dildə yazılıb. İngilislər xarici qəsbkarlara qarşı vuruşurlar. Hastings döyüşündə.

Belə bir romanın çapının meynstrim nəşriyyatlarda mümkünsüz olacağını düşünən yazıçı “Unbound” adlı yeni nəşriyyata üz tutub. “Unbound” yazıçılara icazə verir ki, öz yeni layihələrini onun saytında reklam etsinlər. Bu layihələrə oxuculardan pul toplasınlar.

Toplanan pulun məbləği 14 min funt-sterlinqə çatanda “Unbound” bu pulla kitabı çap etmək, təbliğ eləmək və yaymağa razı olub. Razılaşmaya görə, gəlir yazıçı ilə nəşriyyat arasında 50/50-yə bölünəcək.

İyanə verənlərin hamısının adı kitabda qeyd olunacaq. Ən çox iyanə verənlərəsə hədiyyələr təqdim olunacaq. Onlara ya kitabın keçi dərisindən məxsusi olaraq cildlənmiş nüsxələri veriləcək, ya da yazıçı ilə birlikdə Hastings döyüşünün baş verdiyi ərazidə piknikə dəvət alacaqlar.

41 yaşlı yazıçı deyib ki, “Man Booker”in uzun siyahısına keçməsi onun üçün gözlənilməz olub, romanın ciddi uğura imza ata biləcəyinə heç vaxt inanmayıb.

Buna görə də qərara gəlibmiş ki, kitabın çap pulunu özü toplasın. Bunun üçün reklam çarxı çəkilib, sosial mediada təbliğat işi aparılıb.

Yazıçı kitaba iyanə verən təxminən 400 nəfərə təşəkkürünü bildirib. Kitab hazır olmadan bu işə kömək etməyi boyun olmalarını yüksək qiymətləndirib: “Mən bilirəm bu nə deməkdir. Bu, dükana gedib kitab almaqdan çox fərqli bir şeydir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG