Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:37

AXCP-nin keçmiş qərargahının sahibi kompensasiya ilə razılaşmır


Azər Əsgərov
Azər Əsgərov

-

AXCP-nin keçmiş qərargahının sahibi Azər Əsgərov sökülən mülkünə təklif olunan kompensasiya ilə razılaşmır.

Azər Əsgərovun AzadlıqRadiosuna bildirdiyinə görə, o, bu günlərdə Nərimanov rayon İcra Hakimiyyətinə çağırılıb və sökülən mülkün hər kvadratmetri üçün 1050 manat təklifi alıb:

«Əvvəl deyirdilər bizlik deyil, Fövqəladə Hallar Nazirliyi bilər. Mən məhkəməyə müraciət edəndən sonra çağırıb pul təklif edirlər. Təklif olunan məbləğ çox azdır. Mən məhkəmə iddiamda sökülən mülkümə görə bütövlükdə 3 milyon manat istəmişəm. Yəni, hər kvadrata təxminən 5 min manat. «Sovetski»də sökülən evlərin kvadratmetrinə 1500 manat verirlər. Mənim mülküm şəhərin mərkəzində, ən bahalı yerdə idi. 1050 manat nə puldur bu mülkə görə? Təklif olunan pul dəyərində vaxtilə mülkü tikdirəndə rüşvət alıblar məndən. Mən hüquqlarımı sonunadək müdafiə edəcəyəm. Məhkəmə də deyir, müəyyən məbləğlə razılaşım. Ədalətli məbləğ təklif etsələr, razılaşaram».

Bu il martın 3-də AXCP qərargahının yerləşdiyi binanın zirzəmisində partlayış baş verib. Bundan sonra rəsmilər binanın artıq yaşayış üçün təhlükəli olduğunu deyərək binanı söküblər.

Mənzilin sahibi Azər Əsgərov və AXCP isə binanın zirzəmisində partlayışın qəsdən törədildiyini deyirlər. Azər Əsgərov sökülən mülkü ilə bağlı məhkəməyə müraciət etmişdi.

XS
SM
MD
LG