Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:50

-

Prezidentin qızı Leyla Əliyevanın şeiri Azərbaycan dilinə çevrilib.

Leyla Əliyeva

EQO

Dağdan uca, dərədən uzun, eqo!

Okeandan dərin, küləkdən küylüsən,

Sən nə deyib kükrəyirsən?

Sənə uyğun bir sözmü var?!

Nədən belə kükrəyirsən?

Kimin səni ötdüyünü deyirsən?

Özünə bu qədər vurğunları

Didib-tökməzmi şübhələr?!

Eqo, yenə şıltaqlığa qərarlısan,

Qanını qaraldırsan hamının.

Bu dəfə bəhanən nə?

Kim dəyib xətrinə, de, nədə dəyib?

Hər kəsin canına hopsan da, eqo,

Ruhun qapısını açarmı hər kəs?

Göylərə şığınmaq niyyətindisə,

Demək, uçuruma yuvarlanmaq var!!

Sənə baş əyirik hamımız, heyif,

Beləcə, dahi də axmağa dönər.

Səndən qorxulusu çətin tapıla,

Şərin qardaşısan, şərin dostusan!

Eqo dumanında gözün tutulub

Dodağın zəhərə açılı qalıb!

Hər şeyə şübhəylə, yalanlarınla,

İnsanı azdırıb cəhənnəmə çək!

Eqo... Gəlsəniz, eqonu qovaq,

Özünü kral bilənə niyə kral deyək?

Nə taxtı var, nə tacı,

Olsa-olsa bir təlxək!

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG