Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:28

Ramazan bayramında hansı diləklər səslənir? [Video]


-

DEVAMM sədri İlqar İbrahimoğlu və ilahiyyatçı Elşən Mustafaoğlu müqəddəs Ramazanın bəşəri dəyərlərindən söz açırlar.

«İNSANIN GÜNAH ETMƏDİYİ HƏR GÜN BAYRAMDIR»

İlqar İbrahimoğlu deyir ki, oruc tutmaq təkcə yeməkdən-içməkdən imtina etmək deyil:

«Bir ay ərzində insanlar nəfslərini idarə etməyə, qalib qalmağa çalışıblar. Bu ay daxili, mənəvi immunitetin artırılması ayıdır. Oruc tutmaq yalnız yeməkdən, içməkdən imtina etmək deyil. İnsan oruc tutarkən təkcə fiziki deyil, düşüncə orucu da tutulmalıdır. Pis fikirlərdən uzaq olmalı, pozitiv qalmalıdır. Yalandan, qeybətdən, mənfiliklərdən, eybəcərliklərdən uzaq durmalıdır. Ümid edirəm ki, insanlar bu əhvalı ilboyu yaşadacaqlar».

«Bir çox inanclı insanlar təkcə Ramazanda oruc tutmurlar. Ramazan ayından əvvəlki Şaban və Rəcəb ayında oruc tutmaq xüsusi tövsiyə olunur. 90 gün oruc tutan insanlar var. Əslində, insanın günah etmədiyi hər gün bayramdır. İnsan hər gün iradəli olaraq pislikdən çəkinirsə, bayramdır. Kimsə gerçəkdən əməllərindən peşman olarsa, Rəbbindən diləyərsə bağışlanar. Tövbə bir növ özünəqayıdışdır. Ancaq bu əməllər təkrar edilməməlidir. Çünki bu özünəqayıdış hər dəfə daha da çətinləşir. Ona görə də, insan davranışlarında ardıcıl olmalıdır».

«BU BAYRAM MƏNƏVİ YÜKSƏLİŞ BAYRAMIDIR»

Elşən Mustafaoğlu Ramazanın insanı Allaha yaxınlaşdırdığını deyir:

«Ramazan müsəlmanların ən böyük bayramlarındandır. Bu bayram insanın ruhunun yeniləşməsi, saflaşması ilə bağlıdır, insanın nəfsi üzərində qələbəsi bayramıdır. Ramazan ayının hər gününü, hər anını Allaha doğru yüksələn pillə sana bilərik. Tutduğumuz oruclarla hər gün daha da yaxınlaşdıq Allaha. Bu bayram mənəvi yüksəlişə nail olmanın bayramıdır, sevincidir. Söhbət həm də insanın fiziki potensial qüvvəsindən gedir. Bu aydan qazandığı mənəvi qidanı isə insan ömür boyu xərcləyir. Bu əhvalı davam etdirmək lazımdır».

«İnsan bütün vücuduyla oruc tutmalıdır. İbadətə yönələn kəs bunu Allaha yaxınlaşmaq üçün edirsə, amalı yaxşı insan olmaqdır. O, hər əməliylə Allah qarşısında məsuliyyət daşıdığını bilməlidir...».

Gözlə

No media source currently available

0:00 0:55:00 0:00
Direct-ə keçid

XS
SM
MD
LG