Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:49

Rusiya «Yukos»a 50 milyard dollar ödəməlidir


-

İyulun 28-də Haaqa Arbitraj məhkəməsi Rusiyanın «Yukos» neft şirkətinin səhmdarlarına 50 milyard dollar ödəməsi haqda qərar verib.

Məhkəmə bildirib ki, Rusiya «Yukos»u müsadirə etməklə Beynəlxalq Enerji Xartiyasının müddəalarını pozub.

İddiaçı Group Menatep Limited (GML) 114 milyard dollarlıq ziyana düşdüyünü bildirirdi. .

«Yukos» şirkəti vergidən yayınma və mənimsəmə ittihamı ilə 8 il həbsxanada yatmış və 2005-ci ildə əfv olunmuş Mikhail Khodorkovsky-yə aid olub. O, öz payını GML-ə satıb.

Rusiyanın qərardan apellyasiya verməsi üçün 10 gün vaxtı var.

XS
SM
MD
LG