Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:27

-

İranlı jurnalist və hüquq müdafiəçisi Səid Mətinpur 3 günlük azadlığa buraxılıb. Bu barədə AzadlıqRadiosuna onun xanmı Ətiyə Tahiri xəbər verib.

Ətiyə Tahiri deyir ki, Səid Mətinpur heç kəsə müsahibə verməmək şərtilə Ramazan bayramı münasibətilə 3 gününü azadlıqda keçirəcək.

Səid Mətinpur Tehranın Evin həbsxanasında cəza çəkir. O, 2009-cu ildə Tehran İnqilab Məhkəməsinin hökmü ilə 8 il həbs cəzası alıb. Səid Mətinpur xarici ölkələrə casusluqda ittiham edilir.

Tehran Universitetinin fəlsəfə fakültəsi məzunu olan Səid Mətinpur, «Yarpaq» və «Moc-i Bidari» (Oyanış Dalğası) qəzetləri və Azərbaycanda insan hüquqlarına həsr olunan «Haqq» bloqunun yazarı olub. Mətinpur həmçinin öz şəxsi bloqu və başqa qəzetlərdə Azərbaycanda dil və insan hüquqları haqqında çoxlu məqalələr yazıb. Beynəlxalq hüquq təşkilatları onu vicdan məhbusu sayıblar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG