Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:18

-

BMT Təhlükəsizlik Şurası iyulun 28-də Qəzza zolağındakı vəziyyəti müzakirə etmək üçün təcili toplaşıb. Nyu Yorkda gecəyarısı başlayan görüşdə İsrail və Fələstinin Həmas qruplaşmasını atəşkəsə çağıran bəyanat razılaşdırılıb. Təhlükəsizlik Şurasının 15 üzvü tərəfindən qəbul edilən sənəddə tərəflər Ramazan (Fitr) bayramı ərəfəsində təcili olaraq atəşkəsi təmin etməyə çağırılırlar.

Ramazan bayramı bir çox Müsəlman ölkəsində iyulun 28-dən qeyd olunur.

İsrail və Qəza Zolağına nəzarət edən Həmas qruplaşması son iki gündə bir neçə dəfə atəşkəsə razılaşsalar da, bu razılaşmalar uzun çəkməyib. 3 həftədir davam edən döyüşlərdə 1030 fələstinli və 45 israilli əsgərin öldürüldüyü bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG