Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:11

BMT İsrail və Fələstini Ramazan bayramında atəşkəsə çağırdı


BMT Təhlükəsizlik Şurası iyulun 28-də Qəzza zolağındakı vəziyyəti müzakirə etmək üçün təcili toplaşıb. Nyu Yorkda gecəyarısı başlayan görüşdə İsrail və Fələstinin Həmas qruplaşmasını atəşkəsə çağıran qətnamə təsdiqlənib. Təhlükəsizlik Şurasının 15 üzvü tərəfindən razılaşdırılan sənəddə tərəflər Ramazan (Fitr) bayramı ərəfəsində atəşkəsi təmin etməyə çağırılırlar.

Ramazan bayramı bir çox Müsəlman ölkəsində iyulun 28-dən qeyd olunur.

İsrail və Qəza Zolağına nəzarət edən Həmas qruplaşması son iki gündə bir neçə dəfə atəşkəsə razılaşsalar da, bu razılaşmalar uzun çəkməyib. 3 həftədir davam edən döyüşlərdə 1030 fələstinli və 45 israilli əsgərin öldürüldüyü bildirilir.

XS
SM
MD
LG