Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:46

Azərbaycanda Ramazan bayramı qeyd edilir


-

İyulun 28 və 29-da Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Ramazan ayı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.

İslamda ilin ayları arasında Ramazan ayı ən müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə «on bir ayın sultanı» da adlandırırlar, çünki bu ayın gecələrinin birində müsəlmanların müqəddəs kitabı Qurani-Kərim nazil olub.

FİTR BAYRAMI

Orucluğun başa çatdığı gün Ramazan bayramı həm də Fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar.

Ramazan bayramı Azərbaycanda Milli Məclisin 1992-ci il 27 oktyabrda qəbul etdiyi qanunla qeyd olunmağa başlayıb.

FİTRƏ

İslam dininə görə, Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir.

Müxtəlif statistik məlumatlara görə Ramazan bayramını dünyada yaşayan 1,5 milyarddan çox müsəlman bu və ya digər şəkildə qeyd edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG