Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:47

-

İyulun 27-dən İsrail Qəzza bölgəsində hərbi əməliyyatları yenidən bərpa etdiyini açıqlayıb.

İsrail ordusu bu qərarını Həmas-ın atəşkəs razılaşmasını uzatmaması və İsrail ərazisini raket atəşinə tutması ilə əsaslandırıb.

İyulun 26-da İsrail humanitar atəşkəsin 24 saat uzadıldığını élan edib. Ancaq Həmas bəyan edib ki, bu müddət vətəndaşların evlərinə qayıtması, xəsarət alanların evakuasiyası və İsrail əsgərlərinin Qazzadan çıxarılması üçün yetərli deyil. İsrail də öz növbəsində Həmas yaraqlılarının yaratdığı hərbi tunelləri dağıtmaqda davam edəcəyini bildirib.

19 gün ərzində davam edən hərbi əməliyyatlarda əksəriyyəti mülki vətəndaşlar olan 1000-dən çox Qəzza sakini öldürülüb. Bu müddət ərzində İsrailin 40 əsgəri və üç mülki vətəndaşı həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG