Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:35

Hərbi liseylərə qəbul imtahanı keçirilir


İyulun 27-də Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaydığı məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 4 ünvanda təşkil olunub.

İmtahanda 2429 abituriyentin (Bakı şəhərində 1711 nəfər, Naxçıvan şəhərində 718 nəfər) iştirak etdiyi bildirilir. Onlardan 106 nəfəri Hərbi Tibb Məktəbinə, 2300-dən çoxu isə hərbi liseylərə sənəd verib.

XS
SM
MD
LG