Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:03

ABŞ Tripolidəki səfirliyini boşaldır


Arxiv fotosu: Tripolidə Qaffadi qüvvələri ilə üsyançıların döyüşü, 25 avqust 2011

Arxiv fotosu: Tripolidə Qaffadi qüvvələri ilə üsyançıların döyüşü, 25 avqust 2011

Liviyada düşmən silahlı qruplaşmalar arasındakı toqquşmalar müharibə həddinə çatmaqda olduğu bir vaxtda Birləşmiş Ştatlar bu ölkədəki diplomatlarını təxliyə etməyə başlayıb.

Bu arada başqa ölkələr də öz səfirliklərini evakuasiya etmək planları üzərində çalışrılar.

Sülh danışıqlarının iflası

Xəbər verilir ki, düşmən qruplaşmalar arasında xarici diplomatların və baş nazir Abdullah al-Thinni-nin vasitəçiliyi ilə aparılan danışıqlar iflasa uğradıqdan az sonra Liviya paytaxtında ağır artilleriya və raket səsləri eşidilməyə başlayıb.

Ölkənin şərqindəki Benqazi şəhəri ətrafında da islamçıların alyansı ilə pərakəndə müxalifət qüvvələri arasında döyüşlər gedir.

“The Observer” qəzeti yazır ki, minlərlə insan paytaxt Tripolini tərk etməkdədir.

Döyüşlərdə ölənlərin sayı barədə xəbərlər ziddiyyətlidir, çünki düşmən qruplaşmalar ölü və yaralılarını öz xəstəxanalarına daşıyırlar.

Bununla belə, iki gün davam edən toqquşmalarda 100-dək insanın həlak olduğu təxmin edilir.

Xaraba qalmış aeroprt uğrunda döyüşlər

Tripoli aeroportu ona 2011-ci ildən nəzarət edən Zintan qruplaşması ilə Mistrata yaraqlıları arasında gedən döyüşlər nəticəsində dağıdılıb.

Muammar Gaddafi-ni devirmiş inqilabdan sonra Mistrata və Zintan qruplaşmaları müttəfiq idilər, indi isə cəbhənin qarşı duran tərəflərinə keçiblər.

Mistratalılar hava limanınını zintanlılardan almağa çalışırlıar, lakin bu strateji məntəqə döyüşlər nəticəsində tamamilə yerlə-yeksan edilib.

Könüllü pilotlar salamat qalan təyyarələri ötən həftə Maltaya uçurmuşdular.

İndi bu təyyarələrin geri qayıtması çox uzun çəkə bilər, çünki beynəlxalq birlik Liviya üzərindəki hava məkanını bağlayıb.

Cəbhə xətti ABŞ səfirliyindən keçir

Yerli əhali və əcnəbilər canlarını qurtarmaq üçün Tunislə sərhədə yığışırlar.

Misir 21 sərhədçisi öldürülüdükdən sonra Liviya ilə sərhədini bağlayıb.

ABŞ səfriliyi hava limanına gedən yolun üstündə yerləşdiyindən hazırda düşmən tərəflər arasındakı cənhə xətti məhz buradan keçir.

İki raket səfirlik şəhərciyinin yaxınlığında partladıqdan sonra ABŞ diplomatları riskə getməmək qərarına gəliblər.

Cümə günü Vaşinqtonla məsləhətləşmələrdən sonra ABŞ səfirliyinin Liviyadan evakuasiyası barədə qərar qəbul olunub.

Bu qarışıqlıqda cümə günü gecə minlərlə nümayişçi Tripolinin mərkəzi meydanlarına yığışaraq döyüşlərin dayandırılmasına çağırıblar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG