Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:46

Obama Əfqanıstanda prezidentliyə namizədləri milli birliyə çağırır


Barack Obama
Barack Obama

-

ABŞ prezidenti Barack Obama Əfqanıstanın iki prezidentliyə namizədi ilə telefonla danışıb.

Obama onları «əsas milli birliyə» çağırıb.

Ağ evin yaydığı bəyanatda deyilir ki, ABŞ prezidenti Abdullah AbdullahAshraf Ghani-yə iyunun 14-də keçirilən seçkinin nəticələrinin yenidən yoxlanılmasını qəbul etdikləri üçün təşəkkürünü bildirib.

Əfqanıstanda prezident seçkisinin ikinci turundan sonra nəticələrlə bağlı narazılıqlar ortaya çıxmışdı.

Abdullah Abdullah nəticələrin saxtalaşdırıldığını bildirmişdi.

XS
SM
MD
LG