Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:47

Lerik və Lənkəran meşələrini bürüyən yanğın söndürülüb


Foto: Arxiv
Foto: Arxiv

-

8 gündür yanan meşə massivi, nəhayət, söndürülüb.

Bu barədə iyulun 26-da məlumat yayan Fövqəladə Hallar Nazirliyi bildirir ki, Lerik rayonu Piran kəndində (rayon mərkəzindən 35 km aralı) və Lənkəran rayonu Hirkan Milli Parkının dağlıq meşə zolağı ərazisində baş vermiş yanğınlar iyulun 26-sı saat 11:30-da tam söndürülüb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov apa-ya bildirib ki, yanğın söndürüldükdən sonra FHN-in əraziyə cəlb edilən helikopterləri və təyyarəsi geri qaytarılıb.

Profilaktika üçün isə hazırda hadisə yerində iki yanğınsöndürən maşın növbə çəkir.

Yanğının aprelin 19-da Lerikin Piran kəndi yaxınlığındakı meşədən başlandığı bildirilir.

Sonradan alov yayılaraq Lənkəran ərazisinə də keçib.

Dəyən ziyanla bağlı hələlik rəsmi açıqlama verilməyib.

XS
SM
MD
LG