Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:26

-

Birinci Dünya Müharibəsi 100 yaşını tamamlayır.

Məşhur Qayıbovlar nəslindən olan Fərrux ağa 1891-ci il oktyabrın 2-də Qazaxın Qıraq Salahlı kəndində hərbçi ailəsində doğulub.Verilişdə Birinci Dünya müharibəsi cəbhələrində vuruşmuş və Azərbaycanın ilk hərbi təyyarəçisi olmuş Fərrux ağa Qayıbov anılacaq.

Tiflis Kadet Korpusunda oxuyub, daha sonra Peterburqda üçillik Konstantin Topçuluq Məktəbini bitirib.

«İlk Azərbaycan pilotu» (Əliağa Şıxlinskinin sözləridir - S.İ.) cəmi 25 yaşında 1916-cı il sentyabrın 12-də Birinci Dünya müharibəsində almanların nəzarət etdiyi (indi Belarusun ərazisidir – S.İ.) Boruna kəndində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub.

Həmin döyüşdə poruçik Fərrux ağanın «İlya Muromets» təyyarəsi almanların mövqelərinə hücum edib.

O, almanların 3 təyyarəsini vurub.

Dördüncü təyyarə onu nişanlayıb, o da dördüncünü...

Aldığı zərbədən Fərrux ağanın təyyarəsi yerə çırpılıb.

Almanlar o döyüşdə hətta təyyarənin yanıb yerə düşdüyü anın da şəklini çəkiblər.

Çünki bu döyüşü yerdən müşahidə edirlərmiş.

Və döyüşdən sonra «Fərrux ağa Qayıbovun qəhrəmanlığının təsviri» adlı hesabat da yazıblar.

Onlar həmin məlumatı və heyət üzvlərindən qalan əşyaları ruslar tərəfə atmağı da unutmayıblar...

Hələ bitmədi.

Fərrux ağanın igidliyi almanları elə təəccübləndirib ki, onu və ekipaj üzvlərini şərəflə, yaylım atəşi altında dəfn ediblər.

93 il sonra xüsusi icazə ilə orada dəfn olunan alman əsgərlərinin məzarını qaydaya salmağa gələnlər Fərrux ağa və ekipajın qəbirləri ilə də rastlaşıblar.

Qorunub saxlanılan kitaba əsasən, bu məzarların kimə aid olduğu da aydınlaşıb.

Almanlar özlərininki ilə birgə bu məzarları da təmir etdiriblər. ..

İndi bildinizmi Fərrux ağaya həsr etdiyimiz verilişi niyə «Düşmənin öydüyü qəhrəman» adlandırdıq?!

Verilişin bələdçisi Şəmistan Nəzirli yarım saat boyunca təkcə Fərrux ağadan danışmır, həm də o dönəmdə parlayıb sönən azərbaycanlı səma şahinlərindən söz açır.

«Düşmənin öydüyü qəhrəman» radiodastanını dinləyin.

Cəmi 25 il yaşamış ilk qəhrəman səma şahinimizin xatirəsini yad edin…

Günün bütün mövzuları

XS
SM
MD
LG