Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:20

-

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbu orqanı olan «Şərq qapısı» qəzetinin 141-ci (25.07.2014) sayından seçmələr.

Naxçıvan şəhərində Əyləncə və İstirahət Mərkəzi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində yeni Əyləncə və İstirahət Mərkəzinin istifadəyə verildiyini bildirmiş, bu münasibətlə tədbir iştirakçılarını və sakinləri təbrik edərək demişdir:

«Bu gün ölkəmizdə həyata keçirilən tədbirlər bütün sahələrdə inkişafın təmin olunmasına imkan verir. Dövlət-xalq və xalq-dövlət birliyinin nəticəsi olaraq ölkəmizdə qəbul olunan dövlət proqramları uğurla icra olunur, insanların yaşayış şəraiti yaxşılaşdırılır, onların firavan həyatı təmin edilir. Əhalinin rifahının yaxşılaşdırılması isə insanların istirahətinin səmərəli təşkilinə tələbatı artırır. Bunun üçün də ölkəmizdə, eləcə də muxtar respublikamızda yeni istirahət mərkəzlərinin yaradılması zərurətə çevrilir».

Ali Məclisin Sədri demişdir: «Dövlət tərəfindən verilən güzəştli kredit və sahibkarın şəxsi vəsaitləri hesabına yaradılan bu istirahət mərkəzi muxtar respublikada insanların rahatlığının təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir».

Milli Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağından əminliyini bildirmiş, Əyləncə və İstirahət Mərkəzinin açılışını bildirən lenti kəsmişdir.

Ali Məclisin Sədri ərazidə abadlıq işlərinin aparılması, istirahət parkının sahəsinin genişləndirilməsi və yeni istirahət guşələrinin yaradılması, Əyləncə və İstirahət Mərkəzinin həyətində səyyar şahmat lövhələrinin qoyulması barədə tapşırıqlar vermişdir.

Yazının əsli: Naxçıvan şəhərində Əyləncə və İstirahət Mərkəzi istifadəyə verilmişdir

Şərhləri göstər

XS
SM
MD
LG