Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:01

FİFA 2018-ci ilin Dünya Kuboku yarışlarının Rusiyadan alınması təklifini rədd etdi


FİFA 2018-ci ilin futbol üzrə Dünya Kuboku yarışlarının Rusiyadan alınması təkliflərini və bəzi ölkələrin boykot çağırışlarını rədd edib.

Rusiyanın Malayziya təyyarəsinin vurulmasında əli olması iddialarına görə bəzi Almaniya siyasətçiləri Dünya Kuboku yarışlarının Rusiyadan alınıb, Almaniyaya verilməsini istəyirlər. Bəzi ölkələrdə isə boykot çağırışları səslənir.

FİFA bu çağırışlarla bağlı iyulun 25-də verdiyi bəyanatda bildirir: “tarix göstərir ki, idman yarışlarının boykotu və ya təkləmə siyasəti və ya qarşıdurma ən səmərəli yol deyil”.

Mart ayında Rusiya Krımı tutanda da boykot çağırışları səslənəndə FİFA prezidenti Blatter bu çağırışları rədd etmişdi.

XS
SM
MD
LG