Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:03

-

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) son günlər həyata keçirilən həbslərə etiraz edir.

Partiya iyulun 25-də yaydığı bəyanatında maarifçi fəal Həsən Hüseynlinin 6 il azadlıqdan məhrum edilməsini, Müsavat Gənclər Təşkilatının sədr müavini Fərəc Kərimli və qardaşı Sirac Kərimlinin, həmin ərəfədə Şəmkirdə «facebook» fəalı İlham Muradovun həbsini siyasi sifariş hesab edir.

Partiyanın bəyanatında deyilir ki, saxlanarkən Kərimli qardaşlarına və İlham Muradova işgəncələr verilib:

«İnzibatı orqanların saxlanan şəxslərlə bağlı informasiya blokadası yaratması cəmiyyətdə gərginliyə səbəb olub. Həmin şəxslərin sağlamlığı ilə bağlı ağır xəbərlər var. Hökümət məsuliyyətsizcəsinə bu günə qədər bu şəxslərin vəkillərlə təmasına şərait yaratmadığından vəziyyət daha da çətinləşir».

AXCP Azərbaycan hakimiyyətini öz xalqı ilə perspektivsiz və mənəviyyata zidd savaşdan çəkinməyə çağırır.

«Onsuz da heç bir repressiya xalqımızın azadlıq istəyinin və demokratikləşmə prosesinin qarşısını ala bilməyəcək» - deyə partiyanın bəyanatında bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG