Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:30

Qrantların qeydiyyatı qaydalarının ləğvi nəyi dəyişəcək?


Ələsgər Məmmədli

Ələsgər Məmmədli

-

«Qrant müqavilələrinin qeydiyyata alınması qaydalarının dəyişdirilməsi qərarı yəqin ki, elektron xidmətə keçidlə bağlıdır».

Bunu AzadlıqRadiosuna deyən hüquqşünas Ələsgər Məmmədlinin fikrincə, elektron xidmətə keçid QHT-lərin Ədliyyə Nazirliyindən bildiriş alma asılılığını azalda bilər:

«Düzdür, prezidentin qrant müqavilələrinin qeydiyyatının ləğv olunması haqqında fərmanı noyabrın 1-dən qüvvəyə minəcək. Ona qədər Nazirlər Kabineti yeni qaydalar hazırlamalıdır. Fikrimcə, bu qərar elektron hökumətlə bağlı aparılan vahid siyasətin elementidir. Qrant almaq hər kəsin hüququdur. Bu hüquq üçünsə icazə almağa ehtiyac yoxdur. Ədliyyə Nazirliyinə məlumat vermə yalnız informasiya paylaşması xarakteri daşımalıdır».

Son vaxtlar bəzi QHT-lər Ədliyyə Nazirliyində qrant müqavilələrini qeydiyyata aldıra bilmədikləri üçün bir sıra problemlərlə üzləşiblər. Bu ilin fevralında qüvvəyə minən müvafiq qanunvericiliyə görə, ölkədə fəaliyyət göstərən banklara Ədliyyə Nazirliyindən qrant müqaviləsinin qeydiyyata aldığını göstərən bildiriş olmadan qrant əməliyyatlarının aparılması qadağan edilib.

«3 AYDAN SONRA BİLƏCƏYİK...»

Ələsgər Məmmədli deyir ki, bu, QHT-lər üçün «icazə alma» sistemi yaradıb:

«Ümid edirəm ki, qrantın qeydiyyata alınması elektron xidmətə bağlanacaq. Bunun önəmi odur ki, siz elektron şəkildə məlumatınızı göndərəcəksiniz və dərhal da məlumatınız qeydə alınacaq. Məsələn, onlayn sistemdə vergi bəyannaməsi verilir, bəyannamənin bazaya daxil olması ilə bağlı dərhal geri məlumat göndərilir. Gözləyirəm ki, qrantın qeydiyyata alınması da məhz bu cür olacaq. Amma 3 aydan sonra biləcəyik k, Nazirlər Kabinetinin hazırladığı yeni qaydalar nədir».

İyulun 24-də prezident İlham Əliyev qrant müqavilələrinə dair fərman imzalayıb. Fərman «Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi barədə» 12 fevral 2004-cü il tarixli prezident fərmanının ləğvini nəzərdə tutur. Həmin qaydalar 2014-cü il noyabrın 1-dən ləğv olunacaq. O vaxta qədər isə Nazirlər Kabineti qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması üçün yeni qaydaları müəyyən edib prezidentə məlumat verməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG