Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:40

Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiev ömürlük həbsə məhkum olunub.

O, 2010-cu ildə etirazçıların ölümündə günahkar bilinib.

Bakiev hazırda Belarusda yaşayır və onun məhkəməsi Bişkəkdə qiyabi keçirilib. Məhkəmədə onun prezidentliyi dövründə prezident mühafizəsinin rəisi olan Yanysh Bakiev də ömürlük həbs cəzası alıb. Yanysh Bakiev Kurmanbek Bakievin qardaşıdır.

Keçmiş baş nazir Daniyar Usenov da ömürlük həbsə məhkum olunub.

Bakievin qohumları da daxil digər 25 müttəhim 6 ildən 25 ilə kimi həbs cəzası alıb.

2010-cu ilin aprel nümayişlərində Bişkəkdə 100 adam öldü, 400 adam yaralandı.

Günün bütün mövzuları

XS
SM
MD
LG