Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:05

Müharibə veteranı Prezident Administrasiyası qarşısında intihara cəhd edib [Video]


Sahibkar Fəqan Nəsibov özünü Prezident Administrasiyasının qarşısında yandırmağa cəhd edərkən
Sahibkar Fəqan Nəsibov özünü Prezident Administrasiyasının qarşısında yandırmağa cəhd edərkən

-

İyulun 25-də Qarabağ müharibəsi veteranı, sahibkar Fəqan Nəsibov özünü Prezident Administrasiyasının (PA) qəbul otağı qarşısında yandırmağa cəhd edib.

Bu barədə «Bizim yol» qəzeti məlumat yayıb.

Fəqan Nəsibovun iddiasına görə, Zərdab rayon icra başçısı onun 65 min dollarını mənimsəyib. O, üzləşdiyi haqsızlıqla bağlı hara şikayət edibsə sözünü eşidən olmayıb. Bu səbəbdən də veteran son çıxış yolunu özünə qəsd etməkdə görüb.

F. Nəsibov üzərinə benzin töküb özünü yandırmağa cəhd etsə də Prezident Administrasiyasını qoruyan Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları bunun qarşısını alıblar.

Zərdab rayon icra başçısının birinci müavini Allahverdi Səlimov isə AzadlıqRadiosuna belə bir adamı tanımadıqlarını deyib.

«Nə icra başçısı, nə də mən belə bir adam tanımırıq. O adam Bakıda yaşayandır, rayonda belə bir adam yoxdur» deyə müavin bildirib.

XS
SM
MD
LG