Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:02

Ukraynadan Hollandiyaya daha 51 cəsəd göndərilib


-

Malayziya təyyarə olayının sonuncu qurbanlarının qalıqlarını iki təyyarə Ukraynadan Niderlanda daşıyıb.

Ukrayna rəsmiləri deyib ki, iyulun 24-də Hollandiyaya uçan təyyarədə 51 cəsəd qalığı olub. 40 cəsəd isə iyulun 23-də göndərilib.

Cəsədləri Niderland kralı və kraliçası, ölənlərin yüzlərlə qohumları və yaxınları qarşılayıb.

İyulun 17-də Malayziyadan uçan təyyarədə olan 298 sərnişinin hamısı həlak olub.

Təyyarəni Ukraynada Rusiyameylli separatçı qüvvələrin vurduğu bildirilir.

Qurbanların çoxu hollandiyalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG