Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:01

«The Washington Post»un müxbiri İranda həbs olunub


Jason Rezaian, Yeganeh Salehi və şəxsiyyətini hələ müəyyənləşdirə bilmədikləri fotojurnalist

Jason Rezaian, Yeganeh Salehi və şəxsiyyətini hələ müəyyənləşdirə bilmədikləri fotojurnalist

«The Washington Post»un müxbiri olan üç amerikalı İranda həbs olunub.

«The Washington Post» bildirir ki, şəxsiyyətini hələ müəyyənləşdirə bilmədikləri digər iki nəfərin müstəqil işləyən fotojurnalist olduğu güman edilir.

Qəzetin redaktoru Douglas Jehl deyir ki, onlar müxbirləri Jason Rezaian və xanımı Yeganeh Salehinin Tehranda həbs edildikləri barədə məlumat alıblar.

38 yaşlı Rezaian-in həm Amerika, həm də İran vətəndaşlığı var. Xanımı isə İran vətəndaşıdır və o, ABŞ-da yaşamaq hüququ verilməsi üçün müraciət edib. Yeganeh Salehinin Birləşmiş Ərəb Əmirliklərində çıxan qəzetlərdən birinin əməkdaşı olduğu bildirilir.

ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf deyib ki, onlar həbsdən xəbərdardılar, amma əllərində detallı məlumat yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG