Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:59

Azərbaycanda rayon təhsil şöbələri ləğv edilir


Təhsil nazirliyinin binası
Təhsil nazirliyinin binası

Təhsil Nazirliyi mərkəzi icra hakimiyyəti orqanı olaraq ötən gün ölkə prezidenti İlham Əliyevin Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncamının icrası ilə əlaqədar işçi qrupu yaradıb.

Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov APA-ya deyib ki, işçi qrup sərəncamda qeyd olunan məsələlərin-təhsil şöbələrinin ləğv edilərək Regional Təhsil İdarələrinin yaradılması ilə bağlı fəaliyyət göstərəcək. Sərəncama əsasən, ölkə üzrə 62 təhsil şöbəsi ləğv edilərək 15 Regional Təhsil İdarəsi yaradılacaq.

Ötən gün prezident İlham Əliyev Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Təhsil Nazirliyinin regional idarələri yaradılıb. Dövlət başçısı Təhsil Nazirliyinin strukturunu da təsdiq edib. Təhsil Nazirliyinin yeni strukturuna Nazirliyin aparatı və nazirliyin strukturuna daxil olan qurumlar - Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələri daxildir. Nazirlər Kabinetinə, Ədliyyə və Maliyyə nazirliklərinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

XS
SM
MD
LG