Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:28

Endirimli kitab yarmarkası keçiriləcək


"Qanun" nəşriyyatının əvvəlki yarmarkalarından

"Qanun" nəşriyyatının əvvəlki yarmarkalarından

-

"Qanun" nəşriyyatı iyulun 26-29-da Bakıda endirimli kitab yarmarkası keçirəcək.

Yarmarka iki ünvanda – HÜSEYN CAVİD və ZABİTLƏR parklarında baş tutacaq.

Yarmarkalarda 500 addan çox, 10 minə yaxın kitab sərgilənəcək, kitab kataloqları paylanılacaq.

Saat 09:00-dan 21:00-a dək davam edən yarmarkada ən müxtəlif kitablar – dünya klassik ədəbiyyatı, müasir dövrün tanınmış yazıçılarının, biznes və özünüinkişafa aid, uşaq ədəbiyyatı- nağıllar, ensiklopediyalar, boyamalar, eləcə də Azərbaycan yazarlarının kitabları sərgilənəcək.

Bakı şəhər İcra hakimiyyətinin razılığı ilə keçiriləcək yarmarka yeni kitabları tanıtmaq, insanları kitaba cəlb etmək, oxucularla kitab mədəniyyəti arasında körpü yaratmağı hədəfləyir.

"Qanun" nəşriyyatının əvvəlki yarmarkalarından

"Qanun" nəşriyyatının əvvəlki yarmarkalarından

Günün bütün mövzuları

XS
SM
MD
LG