Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:25

-

Qara Qarayevin «Yeddi gözəl» baleti Kaliforniyada tamaşaya qoyulacaq.

Xəbəri Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna istinadən yayıb.

Bu il oktyabrın 11-də təqdim olunacaq baleti San-Dieqo Teatrının ansamblı ifa edəcək.

Grossmont simfonik orkestrinin müşayiət edəcəyi baletin premyerası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə təşkil olunur.

Qara Qarayev «Yeddi gözəl» baletini 1952-ci ildə Nizami Gəncəvinin eyniadlı əsəri əsasında səhnələşdirib.

Baletin ilk tamaşası 1952-ci ildə Azərbaycan Dövlət Opera və Balet teatrında baş tutub.

İlk tamaşada Aişə rolunu Xalq Artisti prima balerina Leyla Vəkilova, sonrakı illərdə Qəmər Almaszadə oynayıb.

«Yeddi gözəl» yarandığı gündən keçmiş SSRİ-nin müxtəlif teatrlarında bir neçə quruluşda, 1970-ci ildə VII Beynəlxalq Rəqs və Balet Teatrları Festivalı çərçivəsində Parisdə, 2002-ci ildə Stokholmda və Höteborqda səhnələşdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG