Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:19

Keçmiş SSRİ məkanında ən az intihar Azərbaycandadır


BMT-nin iyulun 24-də yaydığı İnsan inkişafı 2014 hesabatına görə, keçmiş SSRİ məkanında hər 100 min nəfərə düşən intiharların sayına görə Rusiya birinci yerdədir.

Rusiyada qadınlar arasında özünü öldürmə hər 100 min adama orta hesabla 9,5 –dir.

Gürcüstanda bu, 1,7 , Ermənistanda 1,1, Azərbaycanda 0,3-dür.

Başqa sözlə, Azərbaycanda qadınlar arasında

hər 1 milyon adamdan 3-ü intihar edir.Bu da keçmiş SSRi məkanında olan ölkələrdə ən aşağı göstəricidir.

Rusiyada kişilər arasında intihar hər 100 min adama 53,9-dur. Gürcüstanda bu, 7,1, Ermənistanda 2,8, Azərbaycanda 1-dir.

Burda da Azərbaycan üzrə göstərici bütün keçmiş SSRi məkanında ən yaxşı göstəricidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG