Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:10

Tərtərdə müsavat fəalı saxlanıb


Müsavat Partiyası Tərtər rayonu Təşkilatının fəalı Xəqani Məmmədov saxlanıb. Bu haqda AzadlıqRadiosuna yerli təşkilatın sədri Şahin Əlili məlumat verib. Onun sözlərinə görə, Xəqani Məmmədovun saxlanmasına əvvəlcədən planlaşdırıldığı ehtimal edilən mübahisə səbəb olub:

«Xəqani bəy təşkilatımızın keçmiş sədridir, hazırda ən fəal üzvlərimizdəndir. Onu hüquq firması var. Bir neçə ay öncə iki ailənin mübahisəsi olmuşdu. Xəqani Məmmədov həmin ailələrdən birinin məhkəmədə hüquqlarını müdafiə etdi və işi uddu. Sonra həmin ailələr barışmışdı. İyulun 23-də məhkəmənin uduzan ailənin qadınları Xəqani bəyin ofisinə hücum ediblər. İçəridə qışqır-bağır salandan sonra, bayıra çıxıb üst-başlarını, üz-gözlərini cırıblar. Sonra da rayon polis şöbəsindən gəlib Xəqani bəyi aparıb. İndi, nə ailəsi, nə də biz ondan bir məlumat ala bilmirik. Bu qurama işə bənzəyir. Xəqani bəy o qədər humanist adamdır ki, heç kimə, xüsusilə də qadına əl qaldırması mümkün deyil».

Tərtər Rayon Polis Şöbəsindən Xəqani Məmmədovun saxlanılması ilə bağlı deyilənlərə münasibət bildirmək istəmədilər

Günün bütün mövzuları

XS
SM
MD
LG