Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:01

-

İman Usuboğlu

ŞEİRLƏR

Mənə məktub yazma,

Yazsan ünvanlama,

Bütün unvanlar yalan.

Yazmaq yalan,

Pozmaq yalan,

Gerçəyi olmaqmış –

Ola bilmədim, anam

Harda yoxsan,

Harda?

Nişan ver mənə,

“Qara başım qurban sənə”,

Sənsiz olmaq istəyirəm

Bircə an,

Bütün ünvanlar yalan,

Mənə məktub yazma,

Yazsan- ünvanlama.

***

Dodaqlarım

devikə-devikə qaldı

bir cüt göz kimi,

Bilmədi gözlərini öpsün,

Bilmədi əllərini öpsün,

Bilmədi saçlarını.

Gözlərimdə

Dərd,

Yaş,

Sevinc

Qarışdı bir-birinə.

Bir bayatı boyu

inlədi uzaqlığımız

Bir “Tərs Yallı” tutdu

Başımda saçlarım

Barmaqlarını görcək

Gerçək imiş gəlişin,

Gerçək.

***

Dodaqlarıma basıb

Atdım gecəni

İçində sən vardın,

Sən,

Salamatsanmı?

Göy,

Gömgöy

Yaylığa sıxdım gözlərimi,

Düyçə düydüm

İçində sən vardın,

Sən,

Salamatsanmı?

***

Nazim Hikmətə

Toyda ağlar,

Yasda gülər,

Bir gündə doğular,

Hər gündə ölər –

Yer üzünün dəlisimi şairlər?

Ənəlhəqq üçün

soylar dərisin,

“Bən kommunistim” söylər –

görmürlər içinə məhbəsin

Münəvvərin ad günündə

Günəşi içər

Yer üzünün dəlisimi şairlər?

***

Mirzə Şəfiyə

Kimi vardı ki, ağlasın,

Dar döngələri ağladı Tiflisin,

Bir-iki tanış-tunuşun,

Yadın,

Qohumun,

Qonşunun

Yağır yolları aldı çiyninə tabutunu

Bir damla göz yaşına

Yığdılar var-yoxunu,

Qara torpaqlarda itdi izi –

Biz belə yaşatdıq şairlərimizi.

Günün bütün mövzuları

XS
SM
MD
LG