Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:06

Azərbaycan insan inkişafında 76-cıdır


BMT-nin İnkişaf Proqramı “İnsan İnkişafı İndeksi 2014” hesabatını yayıb.

Hesabat 187 ölkəni və ərazini əhatə edir.

Azərbaycan yüksək səviyyəli insan inkişafı ölkələri arasındadır. Azərbaycan 76-cı yerdədir. Gürcüstan 79-cu, Ermənistan 87-cidir.

Bu qrupa aid edilən Rusiya 57-ci, Qazaxıstan 70-ci, İran 75-ci yerdədir.

Türkmənistan, Moldova, Özbəkistan kimi ölkələr orta səviyyəli insan inkişafı ölkələri sırasındadır.

İnsan inkişafı aşağı səviyyədə olan ölkələrə isə Pakistan (146-cı yer), Əfqanıstan (169-cu yer) kimi ölkələr aiddir.

Siyahıya isə çox yüksək səviyyəli insan inkişafı ölkələri qrupu başlçılıq edir. Dünyada insan inkişafına görə 1-ci yerdə Norveç, 2-ci yerdə Avstraliya, 3-cü yerdə İsveçrə gəlir.

Hesabat hər bir ölkədə insanların gəlirləri, təhsili, səhiyyənin və sosial müdafiənin vəziyyəti kimi amillər əsasında hazırlanıb.

Hesabata görə dünyada 2,2 milyard adam ya kasıbdır ya da kasıblığa yaxın həddədir.

Dünyada 1,2 milyard adam gündə 1,25 dollardan az pul qazanır.

Hesabata görə dünyanın ən vacib vəzifəsi kasıblığı azaltmaq və insanların kasıblamasının qabağını almaqdır.

Hesabat ölkələri tam məşğulluğa nail olmağa çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG