Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:20

Kəlbəcərdə öldürüldüyü bildirilən şəxslə bağlı məlumat yayılıb


Kəlbəcərdə öldürülən şəxsin Həsən Həsənov

Kəlbəcərdə öldürülən şəxsin Həsən Həsənov

-

«Kəlbəcərdə öldürülən şəxsin Həsən Həsənov olduğunu dəqiqləşdirmək üçün əlavə köməkedici identifikasiya matreallarına ehtiyac var».

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin iyulun 24-də yaydığı məlumatda belə deyilir.

Komitə bildirir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ilə bir neçə dəfə görüşdən sonra Kəlbəcərdə girov götürülənlərlə bağlı bir neçə foto əldə edilib.

Məlumata görə, ailə üzvləri, qohumları həmin fotolardakı şəxsin Həsən Həsənov olduğunu təsdiq ediblər.

«Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən meyitin qaytarılması ilə bağlı danışıqlar aparılmış, lakin onlara bildirilib ki, meyitin həmin şəxsə aid olduğunu dəqiqləşdirmək üçün əlavə köməkedici identifikasiya materiallarına ehtiyac var».

Komitə bildirir ki, Ermənistan silahlı qüvvələrinin girov götürdüyü Dilqəm Əsgərov, Şahbaz Quliyevlə görüşün təşkil olunması və Həsən Həsənovun meyitinin qaytarılması ilə bağlı görülən işlər gündəlik ölkə prezidenti nəzarətindədir.

İyulun 11-də Ermənistan mətbuatı işğal altında olan Kəlbəcər rayonu ərazisində 3 azərbaycanlının girov götürüldüyü barədə məlumat yayıb. Ermənistan rəsmiləri həmin şəxslərin Azərbaycan ordusunun təxribatçıları olduğunu bəyan ediblər. Amma Azərbaycanın Müdafiə Nazirliyi məlumatı təkzib edib və orduda belə şəxslərin xidmət etmədiyini bildirib. Azərbaycan tərəfi həmin şəxslərin Ermənistan silahlı qüvvələrinin işğalı altında olan öz doğma yurdlarını, ordakı yaxınlarının məzarlarını ziyarət üçün getdiklərini bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG