Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:30

BMT baş katibi Ban Ki-moon təşkilatın Yaxın Şərq agentliyinin himayəsində olan və Fələstin qaçqınlarının sığındığı Qəzzadakı məktəb binasında raketlər yerləşdirilməsi barədə yayılan xəbərlərdən narahat olduğunu bildirib.

Ban Ki-moonun mətbuat katibinin iyulun 23-də yaydığı bəyanatda belə deyilir.

Bildirilir ki, məktəbdə silah yerləşdirənlər, bu məkandan sığınacaq kimi istifadə edən uşaqları və BMT əməkdaşlarını hərbi hədəfə almış olurlar. BMT baş katib məsələni tam araşdırmağa çağırıb.

Məktəbdə raket yerləşdirilməsi ilə bağlı BMT-yə ilk məlumat iyulun 16-da daxil olub. İyulun 22-də BMT nümayəndələri daha bir məktədə raket anbarı tapıldığı barədə məlumat veriblər.

Məktəblərin yerləşdiyi məkan və raketlərin sayı barədə məlumat verilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG