Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:35

Separatçıların komandiri «BUK» komplekslərinin olduğunu etiraf edib


«BUK»

«BUK»

-

Separatçıların komandiri onlarda «BUK» zenit-raket kompleksinin olduğunu etiraf edib.

«Vostok» rusiyameyilli separatçı batalyonunun komandiri Aleksandr Khodakovsky «Reuters»ə müsahibəsində onlarda Rusiyaya məxsus «BUK» zenit-raket kompleksinin olduğunu etiraf edib.

Khodakovsky deyib ki, o Malayziyaya məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə eyni vaxtda Luqansk ərazisindən «Buk»un gətirildiyini eşidib.

«Yəqin sübut olmaması üçün sonradan onu geri qaytarıblar» deyə, separatçıların komandiri bildirib.

Khodakovsky-nin sözlərinə görə, Ukrayna hakimiyyəti separatçıların əlində «Buk» olduğunu bilib, amma təhlükəsizliyin təmin olunması üçün heç bir addım atmayıb.

ABŞ kəşfiyyatı və Ukrayna güc strukturlarının məlumatına görə, Donetsk ətrafında Malayziyaya məxsus sərnişin təyyarəsi məhz eyni qurğudan buraxılan raketlə vurulub. İyulun 17-də göyərtəsində 298 nəfərin olduğu təyyarə Ukraynada, rusiyameylli separatçıların nəzarət etdiyi əraziyə düşüb. Təyyarənin bütün sərnişinləri həlak olub.

RİA Novosti-nin yazdığına görə, Khodakovsky-in ətrafında olan mənbə onun «Reuters»ə müsahibəsində bu sözləri demədiyini bildirib.

XS
SM
MD
LG