Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:22

Ermənistanın xarici işlər naziri Edvard Nalbandian Brüsseldə Avropa Birliyinin və Şərq Əməkdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxış edib. O deyib ki, Ermənistan Avropa Birliyi ilə əlaqələri inkişaf etdirmək istəyir.

Nalbandian Dağlıq Qarabağ haqda bildirib ki, Ermənistan Minsk qrupunun çağırışlarına cavab olaraq və Azərbaycandan fərqli olaraq beynəlxalq hüquq prinsiplərinə sadiqliyini göstərib. Nalbandian bunlar

arasında gücdən istifadə olunmaması, güclə hədələməmək, xalqın öz müqəddəratını özünün həll etməsi və ərazi bütövlüyü prinsipinin adını çəkir.

Nalbandian deyib ki. “biz xalqların müharibəyə yox, sülhə hazırlanması fikri ilə razıyıq, Ancaq Azərbaycan əks istiqamətdə gedir”. Nalbandian iddia edib ki, gərginlik yaradan Azərbaycandır.

O deyib ki, Azərbaycan nifrət və dözümsüzlük təbliğ edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG