Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:38

İlham Əliyev: «...regionda vəziyyət mürəkkəbləşə bilər».


İlham Əliyev
İlham Əliyev

-

«Qarabağ problemi beynəlxalq hüquq çərçivəsində, ədalətli həll olunmazsa, regionda vəziyyət daha da mürəkkəbləşə bilər».

Prezidentin rəsmi saytında verilən məlumata görə, bunu iyulun 23-də prezident İlham Əliyev Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber ilə görüşü zamanı deyib.

İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına tərəfdar olduğunu deyib:

«Qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan isə nə beynəlxalq hüquqa, nə də həmsədr ölkələrin rəhbərlərinin bəyanatlarına məhəl qoyur. Münaqişə nəticəsində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin hələ də işğal altındadır. Problem beynəlxalq hüquq çərçivəsində, ədalətli həll olunmazsa, regionda vəziyyət daha da mürəkkəbləşə bilər».

Regiona müxtəlif vaxtlarda bir neçə dəfə səfər etdiyini söyləyən Herbert Salber mövcud vəziyyətlə tanış olduğunu deyib. O, təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığı genişləndirərək regiondakı münaqişələrin həllinə öz töhfəsini vermək niyyətində olduğunu vurğulayıb.

XS
SM
MD
LG