Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:31

Məşhur yazıçıdan zülmə qarşı etiraz


-

"Qanun" nəşriyyatı məşhur fransız yazıçısı George Sand-ın "İndiana" romanını Azərbaycan dilində nəşr edib.

Əsl adı Avrora Düpen olan Jorj Sand 1804-cü ildə Parisdə anadan olub.

1832-ci ilin aprel ayında çapdan çıxan “İndiana” romanı Jorj Sand təxəllüsü ilə fəaliyyət göstərən Avrora Düpenlin ilk əsəridir. Roman özündə romantizm, realizm və idealizmin ahəngini birləşdirir. Sevgi və nikah haqqındadır.

Əsas qəhrəman cismən zəif, ruhu möhkəm gənc qadın İndianadır. Qoca ərini sevməyən qadın sevgi axtarışındadır. Daxilində kimisə sevmək istəyi o qədər çoxdur ki, saf, təmiz , lakin lal məhəbbətləri görmür. Özünü yalançı birinin mübaliğəli hisslərinə həsr edir. İndiana səhvini başa düşəcəkmi?

Müəllif əsərdə göstərir ki, ailə həyatı dözülməzdirsə, qadının bu həyatı pozmağa və özünün istədiyi kimi hərəkət etməyə ixtiyarı vardır.

Jorj Sandın fikrincə “İndiana” romanı ümumiyyətlə zülmə qarşı baş qaldırmış bir etirazdır.

Tərcümə edənlər: Cəmil Əlibəyov, Zeynal Babayev

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG